“Simurq”a texniki məğlubiyyət veriləcək
22.09.2008 - 17:21
Bakı. Mehman Süleymanov - APA-Sport. Zaqatalanın “Simurq” klubuna texniki məğlubiyyət veriləcək. Bu haqda “APA-Sport”a Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev deyib. Onun sözlərinə görə, son turda “Simurq”la “İnter”in əvəzedici komandalarının görüşündə meydan sahibləri tərəfindən qayda pozuntusuna yol verilib: “Yarışların əsasnaməsinə görə, oyunlar zamanı əvəzedici komandaların heyətinə 5 nəfərdən az olmayaraq 21 yaşa qədər futbolçu daxil edilməlidir. Matçda əvəzetmə zamanı bu qayda pozulub. Rəqib bununla bağlı etirazını yazılı şəkildə bildirmişdi. Biz də məsələni araşdırandan sonra qarşı tərəfin narazılığının haqlı olduğunu gördük”.
Musayev qolsuz heç-heçə başa çatan oyunun nəticəsinin ləğv olunaraq, “Simurq”a 0:3 hesablı texniki məğlubiyyətin veriləcəyini söyləyib. Bununla bağlı AFFA-nın Nizam-İntizam Komitəsinin sabahkı iclasında qərar çıxarılacaq. APFL prezidenti günahı olan məşqçinin klub tərəfindən cəzalandırılmasının nəzərdə tutulduğunu söyləyib.
Qeyd edək ki, “Simurq”un ukraynalı baş məşqçisi Roman Pokoranın köməkçisi Vladimir Figel əvəzedici heyətə cavabdehdir.

0
0