Avstraliya-2018: 60 milyon dollar hazırdır
22.09.2008 - 17:49
Avstraliya-2018: 60 milyon dollar hazırdır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Avstraliya 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir. “APA-Sport”un məlumatına görə, Avstraliya Futbol Federasiyasının prezidenti Frenk Loui mundialın ilk dəfə “yaşıl qitə”də keçirilmək istədiklərini açıqlayıb. Avstraliya hökuməti bu ideyanı dəstəkləyərək xərclər üçün 60 milyon dollar ayırmağa hazırdır.
Qeyd edək ki, Avstraliya ilə yanaşı, İngiltərə, Yaponiya, Rusiya, Portuqaliya, İspaniya və Hollandiya da 2018-ci ilin dünya çempionatını qəbul etmək iddiasındadır.
0