“Simurq” - “İnter” görüşündə qalmaqal yaranıb
22.09.2008 - 18:22
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının son turu çərçivəsində Qaxda keçirilən “Simurq” - “İnter” (0:2) görüşündən sonra münaqişə yaranıb. “APA-Sport”un məlumatına görə, “Simurq”un baş məşqçisi Roman Pokora ilə “İnter”in çalışdırıcısı Elxan Abdullayev bir-birinin ünvanına nalayiq sözlər işlədiblər.
Pokora “APA-Sport”a açıqlamasında oğlu yaşında həmkarının onu təhqir etməyə haqqının olmadığını bildirib: “Elxanın 38, mənim isə 60 yaşım var. Onun nə haqqı var ki, futbolçularımı, eləcə də məni, anamı söysün? “İnter”in baş məşqçisi Valentin Xodukinlə həmyerli, dost olsaq da, bunun meydandakı mübarizəyə dəxli yoxdur. 15 il SSRİ-də çalışan, Ukraynanın yüksək liqasında baş məşqçi işləyən bir şəxsi hamının gözünün qarşısında alçaltmaq düzgün deyil. Üstəlik, bunu söyləyən Azərbaycan yığmasının məşqçisidir. Halbuki, o, milli komandada işləməyə layiq deyil. Abdullayevi yığmaya yaxın buraxmaq olmaz. Almaniyalı həmkarım Berti Foqtsa bunu xəbərdar edəcəyəm”.
Abdullayev isə “APA-Sport”a açıqlamasında ukraynalı həmkarını günahkar çıxarıb. Onun sözlərinə görə, Pokora və onun “Simurq”dakı həmyerliləri danışıqlarının fərqinə varmırlar: “Rəqib komandanın kapitanı Starostyakla Malıgin oyun boyu nalayiq ifadələrlə işlədirdilər. Qalib gəldiyimiz oyundan sonra rahat avtobusumuza doğru gedə bilərdim. Sadəcə, bizdə belə təhqiramiz sözlər qəbul olunmadığından, rəqib futbolçularına dediklərinə diqqət yetirməyi tövsiyə etdim. Bu zaman məsələyə qarışan Pokoranın yetirmələrini tənbeh edəcəyini gözləsəm də, o, da nalayiq ifadələr işlətdi”.
Pokoranın səviyyəsinin məlum olduğunu deyən “İnter”in məşqçisi bildirib ki, ukraynalıya cavab verməklə, onun səviyyəsinə düşmək istəmir: “Pokora burada işlədiyi üç ildə neçə dəfə cəzalanıb. Mənim heç belə aqibətlə üzləşdiyimi görmüsünüz? Üstəlik, qələbə qazanan məşqçi kimi əhval-ruhiyyəm yaxşı idi. Məni milli komandaya məşqçi təyin edən şəxslər var. Kimin necə məşqçi olduğunu Pokora yox, onlar yaxşı bilir”.
Qeyd edək ki, Pokora ilə Abdullayev arasında insidentə AFFA-nın Nizam-İntizam Komitəsinin sabahkı iclasında baxılıb, qərar çıxarılacaq.

0
0