DÇ-2010-un talismanı müəyyənləşdi
23.09.2008 - 09:33
DÇ-2010-un talismanı müəyyənləşdi
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. 2010-cu ildə Cənubi Afrika Respublikasında (CAR) keçiriləcək dünya çempionatının talismanının təqdimat mərasimi keçirilib. “APA-Sport”un məlumatına görə, Zakumi adlı bəbir azarkeşləri ilə ilk görüşdəcə futbol oynaya bildiyini nümayiş etdirib. CAR-ın Yohannesburq şəhərində keçirilən mərasimdə Zakumi ölkənin ən yaxşı futbolçularından biri Mark Fişlə top qovub. Xalları topda olduğu kimi, beşbucaq olan bəbirin adı da təsadüfi seçilməyib. “Za” Afrikanın 11 müxtəlif dövlət dilində Cənubi Afrikanın qısa yazılışını əks etdirirsə, “kumi” isə bu dillərin əksəriyyətində “10” rəqəmini ifadə edir. Bir sözlə, bəbirin adının mənası “Cənubi Afrikada əsrin 10-cu ili” anlamına gəlir.
0