Demyanenkonun “Neftçi” klubundan qovulmasının səbəbi açıqlandı
23.09.2008 - 09:42
Bakı - APA-Sport. “Başa düşə bilmirəm, “Neftçi”nin qismətindəndi, yoxsa, çörəyindəndi, bura gələn məşqçilər komandanın daxilinə keçəndən sonra tamam dəyişir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Azərbaycan Peşəkar Futbol Liqasının (APFL) prezidenti Ramin Musayev söyləyib.
APFL rəsmisi ukraynalı Anatoli Demyanenkonun komandadan içkiyə qurşandığı üçün qovulduğunu bildirib: “O, Valeri Lobanovski kimi dahi mütəxəssisin sevimlilərindən olub, uzun müddət birgə çalışıblar. Ölkəmizə gəlişində də şəxsən mənim rolum olub. Onun “Neftçi”ni çətin vəziyyətdən çıxara biləcəyini düşünürdüm. Düzünü deyim ki, bir yerdə işlədiyimiz vaxtlarda onda heç bir çatışmazlıq görmədim. Anacaq sonra içkiyə qurşandığını eşitdim. Görünür imzaladığı 3 il 6 aylıq müqavilə onu rahatlaşdırıbmış”.
Musayevin sözlərinə görə, Demyanenko iradlara belə fikir verməyib: “Daha düşünmürdü ki, heç yerdə havayı pul qazanmaq olmaz. Fikrimcə, hazırkı rəhbərliyin onu komandadan uzaqlaşdırmasında bu amillərin böyük rolu oldu. Hətta bəzi jurnalistlərdən eşitmişdim ki, Demyanenkonu dəniz kənarında içkili vəziyyətdə, sərxoş halda avtomobil idarə edərkən görüblər. Bu xəbərləri eşidəndə özüm də pis oldum. Hər halda, komandaya can yandırmayan baş məşqçini heç kim saxlamazdı və “Neftçi” rəhbərliyi də lazım olan addımı atdı”.
Qeyd edək ki, Demyanenko 2008-ci il yanvarın 4-də “Neftçi”yə baş məşqçi təyin olunub. Bir ay öncə isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

0
0