Yohansson: “Azərbaycanla oyun öncəsi çox narahatam”
23.09.2008 - 11:13
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Oktyabrın 11-də Azərbaycanla qarşılaşacaq Finlandiya yığması ən təcrübəli hücumçusunu itirib. “APA-Sport”un məlumatına görə, İsveçin “Malmö” klubunda çıxış edən Conatan Yohansson zədələnərək yaşıl meydanlardan kənar qalıb.
Artıq 12 ildir Finlandiya millisinin şərəfini qoruyan 33 yaşlı futbolçunun qarşıdakı seçmə oyunlaradək tam bərpa olunub-olunmayacağı sual altındadır. Yığma komandada keçirdiyi 91 görüşdə 17 qol vuran Conatan bu göstəricilərdə Finlandiya futbol tarixinin 4-cü oyunçusudur. Milli karyerasını davam etdirən hücumçular arasında ən təcrübəlisi sayılan Yohansson dünya çempionatının seçmə oyunları ilə bağlı narahatçılıq hissi keçirir: “Azərbaycanla oyun öncəsi çox narahatam. Bu qarşılaşmada iştirak etmək istəyirəm. Oktyabrın ortalarında Azərbaycan və Rusiyaya qarşı keçirəcəyimiz görüşlərə qədər kifayət qədər vaxt var. Ümid edirəm ki, həmin matçlaradək hazır olacağam. Zədəm mənə əziyyət verdiyi üçün “Malmö”də heyətdən kənar qalmışam. Yığmadakı yerimi itirməkdən qorxuram. Çünki sonradan əsas heyətə düşmək çox çətin olacaq. Bu günlərdə müayinədən keçməliyəm ki, zədəmin hansı dərəcədə olduğu müəyyənləşsin”.

0
0