Baroş “Qalatasaray”dan getmək istəmir
23.09.2008 - 11:30
Baroş “Qalatasaray”dan getmək istəmir
Bakı. Kənan Həsənov - APA-Sport. “Mənim vəzifəm qol vurmaqdır. Bunun da öhdəsindən gəlirəm. Davamı da olacaq. Komanda yoldaşlarımın fərqlənməsinə töhfə verdiyim zaman da çox sevinirəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyənin “Qalatasaray” klubunun legioneri Milan Baroş söyləyib.

Çexiya yığmasının da şərəfini qoruyan hücumçu son iki oyunda “Qalatasaray”ın heyətində 4 qol vurduğunu xatırladıb və daha böyük hədəflərinin olduğunu qeyd edib: “Futbol həyatımda yeni səhifə açmaq istədim. Uzun illər “Qalatasaray” formasını geymək istəyirəm. Bu komanda Avropada uğurlar qazanıb. Heyətdə Linkoln və Kyuell kimi “ulduz” futbolçular yer alıb. İddialı komanda olmaq yolunda irəliləyirik”.
0