Rauf Əliyev: “Bizim məşqçilər Berti Foqtsu qısqanırlar”
23.09.2008 - 12:41
Bakı. Aqşin Əliyev - APA-Sport. AFFA-nın I vitse-prezidenti Rauf Əliyev bu gün brifinq keçirib. “APA-Sport”un məlumatına görə, assosiasiya rəsmisi milli komanda, klublar və ölkə çempionatı ilə bağlı verilən sualları cavablandırıb.
- Almaniya mətbuatına müsahibə verən yığmamızın baş məşqçisi Berti Foqts qeyri-adi fikirlər söyləyib. O, Uelslə qarşılaşmada bəzi futbolçuların ilk dəfə yağış altında oynadığını deyib. Onun fikirlərinə münasibətiniz necədir?
- Berti Foqts milli komandanın baş məşqçisidir. Mən onun sözlərini təhlil edə bilmərəm.
- Foqts bildirib ki, hətta AFFA rəsmiləri arasında da onun istefasını istəyənlər var.
- AFFA rəsmilərindən heç kim belə fikir irəli sürməyib. Foqtsla müqaviləmiz var və onun çalışmasına imkan yaratmalıyıq. Hər bir işin başlanğıcı var. Foqts da yığmanın baş məşqçi postunda fəaliyyətinə yenicə başlayıb. Tez-tez deyirik ki, milli komandanın püxtələşməsi üçün bizə 5 il, 8 il vaxt lazımdır. Ancaq Foqts cəmi bir neçə aydır ki, baş məşqçi vəzifəsini daşıyır. Onun məşq prosesi çox gözəldir. Təcrübəli mütəxəssisdir, bacarıqlı köməkçiləri var. Sadəcə, ona imkan vermək lazımdır. Təbii ki, bizim məşqçilər Berti Foqtsu qısqanırlar. Buna baxmayaraq, hamı əl-ələ verib, yığma naminə işləməlidir.
- Lixtenşteynə qalib gələ bilməyən yığmamızdan oktyabrın 11-də Finlandiyaya qarşı keçiriləcək oyunda nə gözləyirsiniz?
- Finlandiya ilə matçda qənaətbəxş nəticə qazanılacağına böyük ümidimiz var. Məgər millimiz Reykyavikdə İslandiyaya qarşı pis oyun nümayiş etdirdi? Lixtenşteynlə qarşılaşmaya gəlincə, qeyd etmək istərdim ki, futbolda hər şey mümkündür. Əsas məsələ nikbinliyimizi itirmədən qarşıdakı oyunlara hazırlaşmağımızdır. Klublar yaxşı çalışmalıdırlar ki, Foqtsa “hazır material” versinlər.
- Foqts dəfələrlə klublarda işin aşağı səviyyədə olduğunu deyib. AFFA rəhbərliyi tərəfindən klublara irad bildirmisinizmi?
- Bəli. Baş katib, müxtəlif departamentlərin nümayəndələri daim klubların oyunlarını izləyirlər. Düzdür, biz klubların məşq prosesinə müdaxilə edə bilmərik. Çünki hər bir klubun öz məşqçisi var. Hər halda, bu istiqamətdə mühüm işlər görülməlidir. Klubların nəzdində uşaq futbol məktəblərinin yaradıldığını deyirlər. Lakin bunlar məktəb deyil, bölmədir. Futbol məktəbi anlayışı tam fərqli məfhumdur. Məktəbdə uşaqlar həm yaşamalı, həm təhsil almalı, həm də məşq etməlidirlər. Əsas məsələ uşaq futbolunu inkişaf etdirməkdir.
- Finlandiya ilə görüşdən 4 gün sonra, oktyabrın 15-də səfərdə Bəhreynlə yoldaşlıq görüşü keçiriləcək. Həmin tarix Azərbaycanda prezident seçkisi gününə düşdüyü üçün matçın vaxtı dəyişdirilə bilərmi?
- AFFA-nın baş katibi Elxan Məmmədov hazırda xaricdə ezamiyyətdədir. O, Vətənə qayıdandan sonra fikir mübadiləsi aparacağıq. Fikrimcə, qarşıya heç bir problem çıxmayacaq. Bildiyiniz kimi, səfirliklərdə seçki qutuları yerləşdirilir. Ən uzağı, futbolçularımız bu yolla seçkiyə qatılacaqlar.
- AFFA prezidenti Rövnəq Abdullayev Gəncənin futbol komandasının çempionatda iştirak edəcəyini söyləmişdi. Bununla bağlı hansı yenilik var?
- Hazırda bu məsələ ətrafında söhbətlər gedir. Hələlik məsələ açıq qalır. İstər Gəncə, istərsə də Sumqayıtda futbol klublarının və stadionların bərpasına çalışırıq.
- Yəqin ki, Gəncə və Sumqayıt komandalarının çempionatda oynamaları gələn mövsümə planlaşdırılıb?
- Hələ ki, qəti fikir bildirmək çətindir, danışıqlar davam edir.
- Azərbaycan çempionatının səviyyəsi sizi qane edirmi?
- Şəxsən məni qane etmir. İstərdim ki, çempionatımızın səviyyəsi daha da yüksəlsin. Çünki hazırkı səviyyə ilə bizə çətin olacaq.
- Foqts yığmada oynayan futbolçular klublarda ehtiyatda qaldığından şikayətlənir.
- Onunla tamamilə razıyam. Milli komandanın üzvləri öz klublarında ehtiyat oyunçular skamyasında oturmamalıdırlar.
- Axı klublar da öz mənafelərini güdürlər...
- Bunu mən deyə bilmərəm. Klubların öz məşqçiləri və rəhbərliyi var. Bu haqda onlar fikirləşməlidirlər. AFFA çempionatın təşkili ilə məşğuldur. Klubların işinə müdaxilə etməyə ixtiyarımız yoxdur.
- Legioner limitinə yenidən baxıla bilərmi?
- Hər şey ola bilər. Mövsüm başa çatdıqdan sonra nəticələri təhlil edib müvafiq qərar qəbul edəcəyik.
- Berti Foqtsun qarşısına konkret vəzifə qoyulub?
- Təbii ki...
- Bilmək olar, hansı vəzifə qoyulub? Əsas məqsəd nədir?
- Məqsəd odur ki, Azərbaycan yığması daha yaxşı oynasın, tədricən dünya və Avropa çempionatlarının seçmə mərhələsini adlasın. Bu o demək deyil ki, biz Foqtsun qarşısına 2010-cu il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoymuşuq. İstəyirik ki, milli komandamız hətta uduzsa belə, yaxşı oyun nümayiş etdirsin.
- Amma Foqts bunun üçün 3-4 il vaxt istəyir. Həmin müddətədək o, Azərbaycanda qalacaqmı?
- Bunu zaman göstərəcək. Biz ona işləməyə şərait yaratmalıyıq.

0
0