“Simurq” texniki məğlubiyyət aldı
23.09.2008 - 13:41
“Simurq” texniki məğlubiyyət aldı
Bakı. Mehman Süleymanov - APA-Sport. AFFA Zaqatalanın “Simurq” klubunu cəzalandırıb. “APA-Sport”un assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizam-İntizam Komitəsinin (NIK) bu gün keçirilən iclasında “Simurq”un əvəzedicilərindən ibarət komandasına 0:3 hesablı texniki məğlubiyyətin verilməsi haqda qərar çıxarılıb. Buna “İnter”lə son turdakı oyunda (0:0) əsasnamənin pozulması səbəb olub. Əsasnaməyə görə, əvəzedicilərin oyunları zamanı komandaların heyətinə 5 nəfərdən az olmayaraq 21 yaşa qədər futbolçu daxil edilməlidir. Görüşün 53-cü dəqiqəsində “Simurq”un futbolçusu Turan Əliyevin (07.05.1990 təvəllüdlü) əvəzinə meydana Tural Qocayev (09.07.1985 təvəllüdlü) daxil olandan sonra meydan sahiblərinin heyətində 21 yaşadək futbolçuların sayı 4 olub. “İnter”in protokolda bununla bağlı etirazını haqlı hesab edən NİK nəticəni ləğv edərək, qonaq komandaya 3:0 hesablı texniki qələbə verib.
0