Aleks vəd verdi
08.10.2008 - 11:55
Bakı - APA-Sport. “Komandaya lazımı xeyri verə bilmirik. Bunu bacarsaydıq hər şey yaxşı olardı. Məşqçimizin dediklərini dəqiq yerinə yetirməliyik”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın kapitanı Aleks de Souza söyləyib.
Komandanın uğursuzluq zolağına düşdüyünü etiraf edən braziliyalı legioner futbolçularda özünəinam hissinin olmadığından şikayətlənib: “Belə problem mövcuddur. Bəzi oyunçular meydanda sanki bağlanmış vəziyyətdə olurlar. Buna son vermək lazımdır. Ona görə də haqqına tənqid edilirik”.
Azarkeşləri səbirli olmağa səsləyən Aleks “Fənərbaxça”nın əvvəlki kimi parlaq oyun sərgiləyəcəyinə inandığını vurğulayıb: “Superliqa uzun bir yarışdır. Rəqiblərimiz də xal itkisi ilə üzləşəcəklər. Çempionlar Liqasında da heç nə itirilməyib. Rəhbərlik və azarkeşlərimiz bir az səbirli olsunlar. Zamanla bütün problemləri yoluna qoyacağıq”.
Mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq Aleks gələcəyi ilə bağlı hələ qəti qərar vermədiyini deyib.

0
0