Xavi özünü ilin futbolçusu saymır
08.10.2008 - 13:57
Bakı. Mehman Süleymanov - APA-Sport. İspaniya yığmasının heyətində son Avropa çempionatının (AÇ) qalibi olan Xavi Ernandes özünü ilin ən yaxşı futbolçusu olmağa layiq hesab etmir. “APA-Sport”un məlumatına görə, Avro-2008-nin ən yaxşı futbolçusu seçilən 28 yaşlı yarımmüdafiəçisi “Qızıl top”, “Brilyant top” kimi şəxsi mükafatların adətən görüşün taleyini təkbaşına həll etməyi bacaran oyunçulara verildiyini qeyd edib. “Barselona”da çıxış edən Xavinin sözlərinə görə, o, oyunu komanda yoldaşlarından asılı futbolçular kateqoriyasına aiddir: “Oyundaşlarım olmadan mən heç kiməm. Hesab edirəm ki, ilin ən yaxşı futbolçusu ilə bağlı mükafatı argentinalı komanda yoldaşım Leonel Messi və ya “Mançester Yunayted”in portuqaliyalı hücumameylli yarımmüdafiəçisi Kriştiano Ronaldo ala bilər”.
0
0