“Oser faciəsi”nin davamı
08.10.2008 - 14:48
Bakı. Mehman Süleymanov - APA-Sport. FİFA-nın bu gün açıqladığı reytinq cədvəlində Azərbaycan yığması yeni antirekord müəyyənləşdirdi. “APA-Sport”un məlumatına görə, beş pillə geriləməklə 143-cü pilləyə yuvarlanan milli komandamız son 13 ildə belə pis göstəriciyə malik olmamışdı. Maraqlıdır ki, bunadək ən pis “mövqe” də məhz oktyabr ayında açıqlanan sıralamaya təsadüf etmişdi. 1995-ci ildə yığmamız siyahının 146-cı pilləsində qərarlaşmışdı.
FİFA-nın reytinqinə 1994-cü ilin iyunundan daxil edilən milli komandamız həmin vaxt 170-ci pillədən başlayıb və bundan aşağı düşməyib. Qeyd etdiyimiz 146-cı pillə yığmamızın tarixində ən böyük hesablı məğlubiyyətindən sonrakı reytinqə təsadüf edib. Bu, 1995-ci ilin sentyabrın 6-da Fransanın Oser şəhərində 0:10 hesablı ağır məğlubiyyətdən sonra baş verib. Yığmamız 146-cı pillədən sonra ən pis halda, 141-ci olub.
Azərbaycan FİFA-nın siyahısında cari ilin arxada qalan hissəsində 27 pillə geriləyib. Yanvarda 116-cı mövqedə olan millimiz hazırkı baş məşqçi Berti Foqtsun dövründə də aşağı yuvarlanıb. Alman mütəxəssis aprelin əvvəlində baş məşqçi təyin olunan vaxtda ölkəmizin əsas komandası birdən-birə 18 pillə geriləyib, 119-dan 137-ci yerə yuvarlanıb. Yığmamız bundan sonra yalnız bir dəfə, iyunun əvvəlində səfərdə Andorranı yoldaşlıq görüşündə məğlub etdiyi (2:1) zamanı ən çox irəliləyib (4 pillə).

0
0