Del Bosqe: “Türkiyə əsl turnir komandasıdır”
08.10.2008 - 14:52
Bakı - APA-Sport. “Türkiyə əsl turnir komandasıdır. Özünü təsdiqləmiş futbolçulardan formalaşıb. Çempionatları da çox gərgin keçir. Onlar qatıldıqların hər bir nüfuzlu yarışda əla çıxış edirlər”. “APA-Sport”un məlumatına görə, bu sözləri İspaniya yığmasının baş məşqçisi Visente Del Bosqe söyləyib.
Dünya çempionatının seçmə mərhələsində Türkiyə ilə eyni qrupda yer aldıqlarını xatırladan təcrübəli mütəxəssis ehtiyac yaranacağı təqdirdə “Fənərbaxça”da çalışan həmyerlisi Luis Araqonesə müraciət edəcəyini bildirib: “Bunda heç bir problem görmürəm. Lazım gələrsə, Luislə əlaqə saxlayacağam. Amma özüm də Türkiyə yığmasını yaxşı tanıyıram. Son Avropa çempionatında onların çıxışını izlədim”.
Qeyd edək ki, İspaniya yığmasının baş məşqçi postunda Araqonesi əvəzləyən Del Bosqe vaxtilə “Beşiktaş”ı çalışdırıb.

0
0