Adnan Polat: “Asan qrupa düşməmişik”
08.10.2008 - 16:47
Adnan Polat: “Asan qrupa düşməmişik”
Bakı - APA-Sport. “Biz UEFA kubokunu qarşımıza hədəf qoyduq. Amma bu, rəqiblərimizə yuxarıdan aşağı baxdığımız anlamına gəlməməlidir. Qrupumuzda yer alan 4 komandanın hər biri güclüdür. Asan qrupa düşdüyümüzü deyə bilmərəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın prezidenti Adnan Polat söyləyib.

İstanbul klubunun rəsmisi təqvimdən razı qaldığını bildirib: “Metalist”in adını Türkiyədə heç kim eşitməmişdi. Amma ukraynalılar “Beşiktaş”ı mübarizədən kənarlaşdırdılar. Bu komandanı və Yunanıstan çempionu “Olimpiakos”u İstanbulda qəbul etməyimiz üstünlükdür. Berlində “Herta” ilə oyunda da almaniyalı türklərin dəstəyini hissi edəcəyik. Yalnız Portuqaliyada “Benfika” ilə görüş çətin olacaq”.

Qeyd edək ki, “Qalatasaray” Türkiyənin UEFA kUbokunda yeganə təmsilçisidir.
0