Üç klub rəsmisi həbs olundu
08.10.2008 - 16:49
Üç klub rəsmisi həbs olundu
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Oyun alqı-satqısında ittiham olunan üç nəfər həbs olunub. “APA-Sport”un məlumatına görə, Polşa polisinin tutduğu iki klub rəsmisi və bir məşqçi 3 il ərzində 40 min dollarlıq oyun alıb. 2003-06-cı illərdə bu əməllərlə məşğul olan “üçlük” prokurorluq orqanlarının siyahısında yer almışdı. 2005-ci ildən araşdırmaya başlayan hüquq-mühafizə orqanları bu müddətdə futbol fırıldaqçılığında şübhəli bilinən 153 nəfəri – məşqçi, oyunçu, hakim və klub nümayəndəsi ilə bağlı araşdırma aparıb.
0