“Beşiktaş” klubunu Mustafa Dənizli çalışdıracaq
08.10.2008 - 17:30
Bakı - APA-Sport. “Beşiktaş” klubunun yeni baş məşqçisinin adı müəyyənləşib. “APA-Sport”un məlumatına görə, “qara qartallar”ı bundan sonra Mustafa Dənizli çalışdıracaq. O, baş məşqçi postunda oktyabrında 7-də istefa vermiş Ərtoğrul Sağlamı əvəzləyib.
İstanbul klubunun rəhbərliyi 59 yaşlı çalışdırıcı ilə yaxın 3 gün ərzində rəsmi müqavilə bağlayacaq. Razılaşmanın müddəti və maddi dəyəri hələlik açıqlanmır. Dənizliyə yeni vəzifəsində Türkiyə yığmasının və “Beşiktaş”ın sabiq futbolçusu Sərgən Yalçının yardımçı olacağı bildirilir.
İzmirdə doğulan Dənizli futbolçu karyerasına 1965-ci ildə başlayıb. O, 17 il “Altay” komandasının şərəfini qoruyub və 1980-ci ildə 12 qolla Türkiyə Superliqasının bombardiri olub. 1983-cü ildə “Qalatasaray”a transfer edilən Dənizli 4 ildən sonra bu klubun, eyni zamanda yığmanın baş məşqçisinə çevrilib. Elə birinci ildəcə “Cim Bom”a Türkiyə çempionu titulunu qazandırıb. Az sonra isə “Qalatasaray”ı Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) yarımfinalına daşıyıb.
1989-cu ildə “sarı-qırmızılar”dan ayrılan Dənizli Almaniyanın “Aahen” klubu ilə anlaşıb. Ancaq cəmi bir ildən sonra “Qalatasaray”a qayıdıb. Dənizlinin sonrakı məşqçilik karyerasında “Kocaelispor” (1994-96), Türkiyə milli komandası (1996-2000), “Fənərbaxça” (2000-03), “Vestel Manisaspor” (2003-04), İranın “Pas” (2004-06) klubları da var. Onun rəhbərlik etdiyi yığma Avro-2000-in 1/4 finaladək irəliləməyi bacarıb. Bundan başqa, Dənizli “Fənərbaxça”ya ölkə çempionluğunu qazandıran ilk türk məşqçi kimi də tarixə düşüb.

0
0