Veli Lampi: “Azərbaycan yığması müdafiədə qapanacaq”
09.10.2008 - 13:12
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “İsraili 2:0 hesabı ilə udduğumuz matçda olduğu kimi, Azərbaycanla qarşılaşmanın da ilk dəqiqələrindən sürətli hücumlar etməliyik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının futbolçusu Veli Lampi deyib.
Oktyabrın 11-də Azərbaycan yığması ilə dünya çempionatının seçmə oyununu keçirəcək skandinaviyalıların 24 yaşlı müdafiəçisi işinin çox olmayacağını düşünür: “İndi ən çox istədiyim Azərbaycanla oyunda meydana çıxmaqdır. Almaniya ilə görüşdə start heyətdə yer almağım buna ümid etməyə əsas verir. Almaniya ilə qarşılaşmada niyə xal itirdiyimizi heç başa deşə bilmədim. İndi həmin itkini müsbət nəticə ilə unutdurmalıyıq. Bu səbəbdən yalnız qələbəyə oynayacağıq. Azərbaycana qarşı matçda əsas iş hücum xəttinin üzərinə düşəcək. Tam əmin olmasam da, azərbaycanlıların müdafiədə qapanacağını düşünürəm. Belə olan halda, hücumların təşkili üçün açıq sahəmiz olacaq. Bizə yalnız müdafiəyə çəkilən rəqibin səddini yarmaq qalacaq”.
Qeyd edək ki, Lampi 6-sı bu il olmaqla 10 oyunda millinin formasını geyib.

0
0