Yeryomenkonun Azərbaycana qarşı oynamasına sərxoşluq mane olub
09.10.2008 - 13:37
Bakı. Mehman Süleymanov - APA-Sport. Finlandiya yığmasının baş məşqçisi Stüart Bekster sərt bəyanatla çıxış edib. Rusiyanın “Saturn” klubunun hücumçusu Aleksey Yeryomenkonu Azərbaycanla görüşə bilərəkdən çağırmayan 55 yaşlı ingilis mütəxəssis onu yaydakı hərəkətinə görə bağışlamayıb. Həmin vaxt içkili vəziyyətdə avtomobil idarə edən 25 yaşlı futbolçu bunun nəticəsində şərti olaraq məhkum olunub.
“APA-Sport”un məlumatına görə, Bekster Yeryomenkonun Finlandiya milli komandasının imicini aşağı saldığını bildirib. Baş məşqçi hesab edir ki, Alekseyin yenidən yığmaya çağırılması üçün müəyyən vaxt keçməlidir.

0
0