Forsell yığmamızdan çəkinir
09.10.2008 - 13:39
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan yığmasının təhlükəli rəqib olduğunu finlərə xatırlatmaq lazım deyil. Avropa çempionatının iki seçmə oyununda cəmi 3 xal qazandığımızı yaxşı bilirik”. “APA-Sport”un məlumatına görə, bu sözləri Finlandiya milli komandasının futbolçusu Mikael Forsell deyib.
Almaniyanın “Hannover-96” klubunda çıxış edən 27 yaşlı hücumçu oktyabrın 11-də Azərbaycanla matçda həmyerlilərinə sevinc bəxş etmək istəyir: “Son 10 ildə futbol çox dəyişib. Finlandiya yığması da buna uyğun olaraq inkişaf edib. İndi komandamız üçün “yalnız üç xal” ifadəsi mövcuddur. Azərbaycanla görüşə də qələbə üçün çıxacağıq. Mən qələbəyə töhfə vermək və ölkəmizə faydalı olmaq istəyirəm. Ötən il oyunumuza 10 min azarkeş gəlmişdi. İndi oyunumuzla onları tribunalara qaytarmaq istəyirik”.
Qeyd edək ki, bir vaxtlar “Çelsi”də də oynayan Forsell milli komandada 57 oyuna 17 qol vurub.

0
0