Dəmirörən: “Sağlam bizi aldatdı”
09.10.2008 - 13:43
Bakı - APA-Sport. “Ötən mövsüm Çempionlar Liqasında “Liverpul”a 0:8 hesabı ilə uduzanda Sağlam ağlayaraq yanımıza gəldi. Sonda Türkiyə çempionluğu əlimizdən çıxdı. Amma mən ondan dəstəyimi əsirgəmədim. Halbuki, heç bir derbidə də qalib gələ bilməmişdi. İşini davam etdirməsi üçün əlimdən gələni etdim”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən söyləyib.
Komanda rəsmisi bütün bunlara rəğmən sabiq baş məşqçiləri Ərtoğrul Sağlamın onları aldatdığını bildirib: “Bizə qalacağını söyləmişdi. Amma bir gün sonra mətbuat konfransı keçirib istefa verdiyini açıqladı. Özünü mətbuata şirin göstərməyə çalışdı. Mən isə tənqidlərə tuş gəldim”.
Dəmirörən gənc mütəxəssisin narazı qalmaq üçün heç bir əsasının olmadığını da qeyd edib: “İstədiyi oyunçuları transfer etdik. Nə dedisə yerinə yetirdik. Amma sonda bu yolu seçdi. Üstəlik, rəhbərliyi tənqid atəşinə tutdu. Onun bu davranışı heç xoş olmadı”.
Problemləri qısa zamanda yoluna qoyacaqlarını bildirən prezident “Beşiktaş”ın çempion olacağına inandığını da xüsusi vurğulayıb.

0
0