Quiza hər şeydən danışdı
09.10.2008 - 13:50
Bakı - APA-Sport. “Mənə elə gəlir ki, Luis Araqones dünyanın ən yaxşı məşqçilərdən biridir. İspaniya milli komandasında işləyərkən, eləcə də indi “Fənərbaxça”da mənə güvənir və həmişə dəstəkləyir”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça” klubunun ispaniyalı hücumçusu Daniel Quiza deyib.
28 yaşlı futbolçu şərəfini qoruduğu İstanbul komandasının uğursuzluğundan narahatlığını büruzə verib. O bildirib ki, hazırda Türkiyə Superliqasının 12-ci pilləsində qərarlaşan “Fənərbaxça”da vəziyyət tezliklə müsbətə doğru dəyişəcək: “Futbolda belə hallara tez-tez rast gəlinir. Bəzən bir matçda məğlub olursan və “uğursuz zolağ”a düşürsən. Müəyyən müddətdən sonra isə qələbə qazanmağa başlayırsan və hər şey qaydasına düşür. İnanıram ki, gələn həftədən etibarən Türkiyə çempionatında rəqiblərimizi üstələyib, yarış cədvəlində irəliləməyə başlayacağıq”.
Quiza dünya çempionatının seçmə mərhələsi çərçivəsində İspaniya və Türkiyə yığmaları arasında keçiriləcək görüşlərə də toxunub. Avropa çempionu “ay-ulduzlular”la matçların çətin olacağını vurğulayıb: “Türkiyədə forma geyinməyimə baxmayaraq, İspaniya milli komandasının şərəfini qoruduğumu unutmamalıyıq. Yəni, türkiyəlilərlə qarşılaşmada yığmamızın uğuru üçün əlimdən gələni əsirgəməyəcəyəm. Türkiyə çox güclü rəqibdir. Onlar qrup mərhələsini adlamaqdan ötrü bütün qüvvələrini səfərbər edəcəklər”.

0
0