Azərbaycan futbolçuları alman klublarında oynayacaqlar
09.10.2008 - 15:15
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Finlandiya ilə oyundan əvvəl müsahibəsi
- Əvvəlcə komandanın Finlandiya yığması ilə oyun ərəfəsindəki vəziyyəti barədə məlumat verməyinizi istərdik…
- Komandanın vəziyyəti yaxşıdır. Məşq prosesi normal keçir. Əfsuslar olsun ki, milliyə dəvət olunan futbolçuların bəzisi öz klublarında oynamırlar. Sözsüz ki, onlara daha çox oyun təcrübəsi lazımdır. Buna baxmayaraq, onlardan razıyam.
- Komandanı Finlandiya ilə qarşılaşmaya hazır hesab etmək olarmı?
- Bəli, komanda oyuna hazırdır.
- Sentyabrın 28-dən oktyabrın 2-dək milli komandanın təlim-məşq toplanışı keçirildi. Toplanışla bağlı fikirləriniz maraqlı olardı…
- Təlim-məşq prosesindən çox razı qaldım. Xüsusilə, gənc futbolçuların məşqlərə ciddi yanaşması, peşəkarlığı məni qane etdi.
- Bu toplanışdan sonra Premyer Liqa çərçivəsində növbəti tur keçirildi və millinin bəzi futbolçuları öz klublarının heyətində meydana çıxmadı...
- Buna çox təəssüfləndim. Çünki hər bir futbolçuya oyun təcrübəsi çox lazımdır. Millinin oyunçuları üçün isə bu daha çox vacibdir.
- Bunun üçün hansısa sistemin tətbiqinə ehtiyac duyulurmu?
- Bu məsələ ilə bağlı müvafiq qurumların rəhbərləri və məsul şəxslərlə danışıqlar aparmışam. Ümid edirəm ki, yaxın gələcəkdə millinin oyunçularına klublarında daha çox şans veriləcək. Elə klublar var ki, daha çox legionerlərin oyununa üstünlük verir. Bu da istər-istəməz millinin futbolçularının kənarda qalmasına, yerli oyunçuların seçiminə maneçilik törədir. Unutmaq olmaz ki, Azərbaycanın futbolunun gələcəyi yerli futbolçulardan asılıdır.
- Milli komanda və klubların məşq prosesi ilə bağlı vahid bir sistem varmı?
- Bunu futbolçulardan soruşsanız, daha yaxşı olar. Amma qeyd etmək istərdim ki, bu, heç də asan məsələ deyil.
- Millinin heyəti formalaşanda futbolçuların hazırlığı hansı səviyyədə olur?
- Demək olar ki hər dəfə «sıfır»dan başlamalı oluruq.
- Sizcə, bunun təqsiri kimdədir?
- Futbolçularda. Onlar öz üzərlərində çox çalışmalıdırlar. Mən futbol oynadığım dövrdə fərdi məşqlərə də böyük üstünlük verirdik. Lakin əfsuslar olsun ki, əksər futbolçular boş vaxtlarından peşəkarlıqlarını artırmaq üçün lazımı səviyyədə istifadə etmirlər.
- Millimiz ötən il Finlandiya yığması ilə qarşılaşıb. Sizcə, ötən müddət ərzində komandalarda nə kimi dəyişikliklər baş verib?
- Məni daha çox öz komandamız maraqlandırır. Lakin unutmaq olmaz ki, Finlandiya yığması xeyli dəyişib. Almaniya, İsrail millilərinə qarşı çox yaxşı oynayıblar. Onların futbolçuları Avropanın bir sıra tanınmış klublarının heyətində - İngiltərə, Çexiya, Fransa, Almaniya komandalarında - çıxış edirlər. Biz isə yeni komanda yaratmaq üçün xeyli dəyişikliklər etmişik. Bu mənada, yaxşı bilirik ki, bizi 90 dəqiqə çətin oyun gözləyir.
- Araz Abdullayevlə Emin Cəfərquliyevin millinin heyətinə çağırılması hansı zərurətdən yarandı?
- Millidə gəncləşdirmə sisteminə üstünlük verirəm. Bununla bərabər, onların bir futbolçu kimi gələcəklərinə inanıram. Araz “Real” klubundan olan həmyaşıdları arasında məlim-məşq toplanışında iştirak etmək üçün İspaniyaya gedəcək. Ümumiyyətlə, yeniyetmə futbolçularımızın indidən xarici klublarda çixiş etməsi həm onların, həm də milli komandanın güclənməsi baxımından müsbət addımdır.
- Almaniyanın klublarından da belə bir addım gözlənilirmi?
- Bəhreyn yığması ilə yoldaşlıq oyunundan sonra Almaniyaya gedib bu məsələylə bağlı bir sıra klublarla danışıqlar aparacağam. Bir sözlə, biz gələcəyi olan yeniyetmə futbolçuların xarici klublarda oynamasına şərait yaratmalıyıq.
- 19 yaşlı yığma komandanın futbolçuları arasından da seçim ediləcəkmi?
- Bəli. Onlar Macarıstanda keçiriləcək Avropa çempionatının seçmə oyunlarına hazırlaşırlar. Lakin Gürcüstan komandası ilə ilk oyunda heç-heçə oynamaqlarından razı qalmadım. Görünür, Araz Abdullayevlə Emin Cəfərquliyevin əsas millinin heyətində olması onların oyununun nəticəsinə öz təsirini göstərib.
- Bilmək istərdik, milliyə futbolçu dəvət olunarkən onun daha çox hansı xüsusiyyətinə üstünlük verilir?
- Yaxşı futbolçu üçün bir sıra keyfiyyətlər vacibdir. Birincisi, texniki hazırlığı yaxşı olmalıdır, taktikaya uyğun oyun nümayiş etdirməlidirlər.
- Klub məşqçiləri tərəfindən milli üçün hansısa futbolçu təklif olunubmu?
- Xeyr. Amma təlim-məşq toplanışından futbolçuları vaxtından əvvəl geri çağırıblar.
- Ölkəmizdə futbolun inkişaf strategiyasında yerli futbolçulara güvəndiyinizi qeyd edirsiniz. Unutmaq olmaz ki, adətən yaxşı futbolçular əyalətlərdən çıxır. Bununla bağlı hansısa tədbirlərin keçirilməsi nəzərdə tutulubmu?
- Bəli. Bu məsələ ilə əlaqadar AFFA rəhbərliyi, eləcə də gənclər və idman naziri ilə söhbətlərim olub. Yaxın gələcəkdə regionlarda olan Olimpiya İdman Komplekslərinin də xidmətindən istifadə etməklə yeniyetmə futbolçular arasında seleksiya işi aparacağıq. Bundan əlavə, futbolçu kimi karyerasını bitirən peşəkar futbolçular axtarırıq ki, regionlarda bu sahədə bizə öz köməkliklərini göstərsinlər. Ancaq əfsuslar olsun ki, Azərbaycanda uşaqlar peşəkar futbolla14-15 yaşlarından, əksər ölkələrdə isə, o cümlədən Finlandiyada da – yeri gəlmişkən, bu gün bir daha bunun şahidi oldum - 7-8 yaşlarından məşğul olurlar.
- Rəhbərliyiniz altında bu günə qədər keçirilən bütün yoldaşlıq görüşləri səfərdə oynanılıb. Lixtenşteynlə oyundan əvvəl belə bir qarşılaşmanı Bakıda təşkil etmək yaxşı olmazdımı?
- Bununla bağlı bütün təkliflərimi AFFA-ya təqdim etmişəm. Bəli, mən də istəyirdim ki, ilk rəsmi ev oyunumuzdan əvvəl hər hansı yığma komanda ilə Bakıda görüşək. AFFA rəhbərliyi çox çalışsa da, əfsuslar olsun ki, vaxt məhdudiyyəti ucbatından buna nail ola bilmədik.
- Almaniya yığması ilə qarşılaşmadan əvvəl necə, belə bir oyunun keçirilməsini planlaşdırmısınızmı?
- Bəli, bu rəsmi oyundan əvvəl Bakıda İran, Bosniya və Herseqovina, Andorra və İslandiya yığmalarının bir neçəsi ilə yoldaşlıq görüşlərinin keçirilməsi indidən nəzərdə tutulub.
- AFFA rəhbərliyi bununla bağlı təkliflərinizin həyata keçirilməsinə necə köməklik göstərir?
- Biz hamımız - AFFA-nın prezidenti Rövnəq Abdullayev başda olmaqla, assosiasiyanın bütün kollektivi bu istiqamətdə birgə çalışırıq. Yeri gəlmişkən, milli komandaya hərtərəfli köməklik göstərdiyinə görə AFFA rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.
- Millidəki nizam-intizamı qənaətbəxş hesab etmək olarmı?
- Bəli, nizam-intizam yüksək səviyyədədir. Demək olar ki, bütün futbolçular müəyyən olunan tədbirlərə vaxtında gəlirlər. Qarşılıqlı münasibətləri əladır. Futbolçular bir-birinə hörmətlə yanaşırlar. Gənclər özlərindən böyüklərdən yaxşı təcrübə toplayırlar. Bir sözlə, münasibətlərin yaxşı səviyyədə olması komanda oyunu üçün mühüm şərtlərdən sayılır. Belə bir komanda formalaşdıra bildiyimə görə qürur hissi keçirirəm.
- Sizin rəhbərliyiniz altında milli komandamız 2 rəsmi və 4 yoldaşlıq oyunu keçirib. Siz bu oyunlardan sonra futbolçularda hansısa dəyişikliyin olduğunu hiss edirsinizmi?
- Mənə elə gəlir ki, biz hər oyunda bir addım irəli getmişik. Futbolçular xeyli təkmilləşib. Uelslə oyunda Fabionun 66-cı dəqiqədə meydandan çıxarılması oyunun nəticəsinə təsir etdi.
- Bunu Lixtenşteynlə oyuna da şamil etmək olarmı?
- Əgər o oyunun təkrarına baxsanız, bir daha görərsiniz ki, bizim birinci hissədə qol vurmaq üçün bir neçə dəfə şansımız oldu. Ancaq real qol imkanlarından maksimum bəhrələnə bilmədik. Fabionun bu qarşılaşmada, ümumiyyətlə, meydana çıxa bilməməsi də öz sözünü dedi.
- Finlandiya ilə oyunu da Fabiosuz keçirəcəyik...
- Düzdür, o, yaxşı futbolçudur. Ancaq elə etməliyik ki, problem olmasın. Gənc oyunçulara da böyük ümid bəsləyirəm.
mənbə: affa.az

0
0