Azərbaycan yığması qapalı məşq keçəcək
09.10.2008 - 15:51
Azərbaycan yığması qapalı məşq keçəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandası Finlandiya ilə oktyabrın 11-də keçirəcək rəsmi oyuna hazırlığı Helsinkidə “Toolon Pallokentta” stadionunda davam etdirir. “APA-Sport”un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumatına görə, yığmamız bu gün Bakı vaxtı ilə saat 18:00-da növbəti məşqinə çıxacaq. 4000 azarkeşlik tutumuna malik stadionda məşq mətbuat üçün açıq olacaq. Milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts fin jurnalistlərə bugünkü hazırlıq prosesini izləməyə imkan yaradacaq. Sabah oyun öncəsi son məşqin qapalı şəraitdə keçəcəyi nəzərdə tutulub və bunun Helsinkidəki “Olimpiya” stadionunda keçiriləcəyi gözlənilir. Məlum olduğu ki, meydan sahibləri matça bir gün qalmış rəqibin görüşəcəyi arenada məşq prosesi keçməsini təmin etməlidir.
Qeyd edək ki, “Olimpiya” stadionu 42 mindən artıq azarkeş tutumuna malikdir.
0