Almaniya yığması qapıçısını itirib
09.10.2008 - 16:05
Almaniya yığması qapıçısını itirib
Bakı. Mehman Süleymanov - APA-Sport. Almaniya yığması ciddi problemlə üzləşib. “APA-Sport”un məlumatına görə, komanda Yens Lemannın gedişindən sonra əsas qapıçıları olan Robert Enkeni itirib. Almaniyanın “Hannover-96” klubunda çıxış edən 31 yaşlı qapıçı Rusiya millisi ilə şənbə günü Dortmundda keçiriləcək oyuna hazırlıq prosesində barmağını sındırıb və bu səbəbdən məşqi yarımçıq tərk edib.
Oktyabrın 15-də Uels yığması ilə görüşü də kənardan izləyəcək Enke klubuna da bir müddət kömək edə bilməyəcək. Belə ki, “Fənərbaxça”nın sabiq qapıçısının Almaniya bundesliqasında ilk dövrəni buraxacağı gözlənilir və onun əlində cərrahiyyə əməliyyatının edilib-edilməyəcəyinə yaxın günlərdə qərar veriləcək. Enkenin sıradan çıxması ilə Almaniya yığmasının baş məşqçisi Yoahim Lövün sərəncamında yığma təcrübəsi olmayan iki qapıçı qalıb. Bunlar Rene Adler (“Bayer”) və Tim Vizedir. Lövün ruslarla oyunda Adlerə şans verəcəyi gözlənilir.
Qeyd edək ki, Enke son üç oyunda Almaniya yığmasının qapısını qoruyub.
0