Del Pyero İtaliyada ən yaxşı idmançı seçildi
05.12.2008 - 14:24
Məşhur italyan futbolçu Alessandro Del Pyero vətənində ilin ən yaxşı idmançısı seçilib. Apasport.az saytının məlumatına görə, ikinci gəncliyini yaşayan “Yuventus”un 33 yaşlı kapitanı İtaliyanın böyük telekanalı RAİ-nin keçirdiyi sorğunun nəticəsinə əsasən qalib olub. Kişi idmançılar arasında 46,33 faiz səs toplayan Del Pyero 1-ci yeri inamla ələ keçirib. Hücumçu ən yaxın izləyicilərini böyük fərqlə qabaqlayıb. 2-ci yeri tutan məşhur motosikletçi, Milanın “İnter” klubunun çılğın azarkeşi olan Valentino Rossi 23,95 faiz səs toplayıb. Sorğunun nəticəsinə əsasən 3-cü olan marafonçu Aleks Şvartserin isə hesabında 15,73 faiz səs olub.
Qeyd edək ki, Şvartser bu il Pekində Olimpiya çempionluğunu qazanıb.
Qeyd edək ki, Şvartser bu il Pekində Olimpiya çempionluğunu qazanıb.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0