Türkiyənin “Fənərbaxça” klubunda baş məşqçi vəzifəsini müvəqqəti icra edəcək mütəxəssis müəyyənləşib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi komandanı Dirk Kuyta həvalə edib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Bildirilib ki, niderlandlı mütəxəssis yeni baş məşqçi təyin olunana qədər əsas komandanın hazırlığına və oyunlarına rəhbərlik edəcək.
“İsmail Kartalın istefasından sonra klubumuz yeni baş məşqçimiz müəyyənləşənədək Dirk Kuytı əsas futbol komandamızın müvəqqəti rəhbəri təyin edib”, – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Super Liqasının IX turunda “Qalatasaray”a 1:2 hesabı ilə məğlub olduqdan sonra İsmail Kartalla yollarını ayırıb.
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
- İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu - MÜBARİZƏNİ DAYANDIRDI