Dünya çempionuna iş tapılmır
07.12.2008 - 11:32
Bu ilin fevralından bəri işsiz olan braziliyalı futbolçu Ronaldoya keçmiş klubu “Milan”dan təklif gəlib. Apasport.az saytının məlmatına görə, hazırda vətənində istirahət edən dünya çempionunun İtaliyaya qayıdaraq, milanlıların şərəfini qoruyacağı istisna deyil.
“Düzdür, hələ də hər şey dəqiqləşməyib. Ancaq “Milan” rəhbərliyi müştərimlə yenə maraqlanır. Onlar bizimlə yeni müqavilə bağlamaq niyyətindədirlər. İstənilən halda, Ronaldo məşhur klubda oynayacaq. Biz onun 2009-cu ildə yaşıl meydanlara qayıtmasını istəyirik” - deyə futbolçunun meneceri Fabiano Fara deyib.
Qeyd edək ki, bu ilin fevralında “Milan” - “Livorno” görüşündə zədələnən Ronaldo indiyədək futbol oynaya bilmir. “Yekədiş” ləqəbli hücumçu PSJ, “Mançester Siti” və digər klubların da maraq dairəsindədir.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0