Azərbaycana görə Hiddinkə güzəşt edildi
08.12.2008 - 18:20
Rusiya futbol yığması baş məşqçi Qus Hiddinkin təkidi əsasında dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan milli komandasını Moskvanın “Lujniki” stadionunda qəbul edəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı Rusiya Futbol İttifaqı (RFS) xəbər yayıb.
RFS-in rəsmi İnternet saytında yerləşdirilən xəbərdə bildirilir ki, oyunun keçiriləcəyi yerlə bağlı qərar qurumun rəhbərliyi və Hiddinkin birgə rəyi ilə qəbul olunub. Ancaq şübhəsiz ki, məhz hollandiyalı çalışdırıcının israrından sonra görüş paytaxta salınıb. Çünki RFS rəhbərliyi milli komandamızla qarşılaşmanı bölgələrdən birində təşkil etməklə, kütləviliyi artırmaq məqsədi güdürdü. Qus Hiddink Moskva variantını dəfələrlə təkrarladığı üçün Rusiyanın futbol məmurları güzəştə getmək məcburiyyəində qalıblar.
Qeyd edək ki, 2009-cu il martın 28-də baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da çalınacaq.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0