Bakıya gələn futbolçuya “Qızıl unitaz” mükafatı
09.12.2008 - 20:27
Portuqaliya milli komandasının və “İnter”in yarmmüdafiəçisi Rikardu Kuarejma “Qızıl unitaz” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, bu mükafat ənənəvi olaraq, İtaliya çempionatında ən zəif futbolçuya verilir.
Bu ilin yayında 19 milyon avro müqabilində “Portu”nu “İnter”ə dəyişən Kurejma yeni klubunda ehtiyat oyunçular skamyasının daimi “sakin”inə çevrilib. Bu səbəbdən 25 yaşlı futbolçu 2008-ci il üçün A seriyasının ən zəifi seçilib.
Kuarejma sorğuda ən yaxın izləyicisi “Atalanta”lı Kristian Vyerini böyük üstünlüklə qabaqlayıb. Üçüncü yeri ötən ilki “qalib”, bir neçə ay öncə “İnter”i tərk edən Adriano tutur. İlk “beşlik”də Dida və Andrey Şevçenkonun (hər ikisi “Milan”) da adı var.
Qeyd edək ki, Rikardu Kuarejma azərbaycanlı futbol həvəskarlarına da yaxşı tanışdır. O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2007-ci il oktyabrın 13-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yığmamıza qarşı oynayıb. 70 dəqiqə meydanda olan Kuarejma portuqaliyalıların 2:0 hesablı qələbəsinə öz töhfəsini verib.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0