“Lex” “Rusenborq”la bacarmadı
26.06.2010 - 23:05
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan Polşanın “Lex” komandası növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümə hazırlaşan Poznan təmsilçisi Norveçin “Rusenborq” klubu ilə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib – 1:1.
Yatsek Zelinskinin yetirmələri bu görüşün ilk yarısında hesabı açmağa nail olublar. Polşalıların qolunu 32-ci dəqiqədə Vilk vurub. Ötən il Avropa Liqasında Ağdamın “Qarabağ” klubuna uduzan Norveçin ən titullu komandası yalnız 66-cı dəqiqədə hesabda tarazlıq yarada bilib.
Qeyd edək ki, “İnter” və “Lex” iyulun 13 və 21-də qarşılaşacaqlar.

- Moriyasu məsuliyyəti üzərinə götürdü - Yaponiya xalqından üzr istədi
- Niko Paz qərarını verdi - “Komo”da qalacaq
- Kazemirodan qol və mükafat - Braziliyalı matçın oyunçusu seçildi
- “Beşiktaş” “Barselona”nın futbolçusunu istəyir: Agentlə əlaqə saxlanıldı
- Səudiyyə Ərəbistanında istefa - Federasiya prezidenti postunu tərk etdi
0
0