Hakimi tapdalayan qapıçı cəzalandı
01.07.2010 - 09:40
Boliviya milli komandasının futbolçusu Karlos Arias ağır cəzaya məruz qalıb. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası 28 yaşlı qapıçını 20 oyunluq kənarlaşdırıb. Buna Ariasın hakimin ayağını tapdalamağı səbəb olub.
“Bolivar” klubunda çıxış edən Karlos “Potosi” ilə qarşılaşmada ikinci sarı vərəqə alaraq meydandan qovulduqdan sonra referinin ayağının üstünə çıxıb. Qarşılaşmanın hakimi matçın protokoluna Ariasın bunu bilərəkdən etdiyini qeyd edib. Federasiya rəsmiləri bunu həddən ağır intizamsızlıq qəbul etsə də futbolçu bununla razılaşmır: “Mən təsadüfən onun ayağının üstünə çıxdım”.
Qeyd edək ki, Karlos Boliviya yığmasında 28 oyun keçirib.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0