Vixnyarek: “Lex” Çempionlar Liqasının qrup mərhələsində oynamağa layiqdir
01.07.2010 - 09:56
“İndiyədək heç vaxt Çempionlar Liqasında oynamamışam. Ən yaxşı halda bu turnirin təsnifat mərhələsində çıxış etmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Artur Vixnyarek deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə görüşəcək poznanlıların yeni transferi qarşıdakı oyunlar haqda fikirlərini bildirib. 33 yaşlı hücumçu Azərbaycan çempionu ilə görüşlər haqda deyil, qrup mərhələsini düşündüyünü açıqlayıb: “Ümid edirəm ki, “Lex”lə rəqiblərimizi mübarizədən kənarlaşdırıb buna nail olacağıq. “Lex” də, onun azarkeşləri də bu nüfuzlu yarışın həyəcanını yaşamağa layiqdirlər. Mən də komandaya tez uyğunlaşıb bu uğuru qazanmaqda kömək etmək istəyirəm”.
Qeyd edək ki, “İnter” və “Lex” arasında oyunlar iyulun 13-21-də keçiriləcək.

- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı
- Naqelsmann istefa barədə düşünmür - “Bir yerə qaçan deyiləm”
- Maurisio: “Meydanda ölməyə hazır idik” - Paraqvaylı futbolçudan açıqlama
- Orlando Hill şou göstərdi - Almaniya ilə oyunun ən yaxşısı seçildi
- Paraqvay rəqibini gözləyir - Fransa və ya İsveç
0
0