Azərbaycanlı futbolçu türk klubuna icarəyə verildi – FOTO
04.07.2010 - 14:35
“Bakı”nın hücumameylli yarımmüdafiəçisi Rəhman Hacıyev Türkiyənin birinci dəstə təmsilçisi “Altay” klubunun şərəfini qoruyacaq. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin meneceri Zeynal Məmmədovla “Altay”ın prezidenti Ahmet Taşpınar arasında imzalanmış müqaviləyə əsasən, Hacıyev 3 il müddətinə bu kluba icarəyə verilib. Xatırladaq ki, keçidin baş tutmasında “Bakı”nın sabiq baş məşqçisi Cüneyt Biçərin rolu var. Biçər hazırda “Altay” klubunun məşqçisi vəzifəsini tutur.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0