“Yeni hücumçu alsaq, Rauf Əliyevin yolunu kəsmiş olarıq”
05.07.2010 - 09:43
“Komandaya hücumçu transfer etməyəcəyik. Çünki hücumçu ən çətin seçilən oyunçulardandır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Avropa Liqasının I mərhələsi çərçivəsində Makedoniyanın “Metallurq” klubu ilə qarşılaşan və Bakıda keçirilən oyunda 4:1 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisinin qollarını meydanda sırf hücumçu funksiyasını yerinə yetirən Rauf Əliyev deyil, yarımmüdafiəçilər və müdafiəçi vurub. Ancaq Qurbanov buna rəğmən Raufun çıxışından razıdır: “Fikir verdinizsə, Rauf “Metallurq”la oyunda daim hərəkətdə oldu və müdafiəçiləri yormağı bacardı. Hücumçunun işi ancaq qol vurmaqdan ibarət deyil. Həm də yeni hücumçu almaqla, biz Rauf kimi gənclərin yolunu kəsmiş olarıq. Üstəlik, yeni oyunçunun komandaya uyğunlaşması kifayət qədər vaxt aparacaqdı. Ona görə də hansısa futbolçunun transferini düşünmürük”.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0