Kaladze Azərbaycan çempionuna görə şəxsi mülkünü girov qoyur
14.07.2010 - 11:54
Tanınmış gürcü futbolçu Kaxa Kaladze Azərbaycan çempionu olan həmyerlisi Georgi Demetradzenin müdafiəsinə qalxıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Milan” klubunun müdafiəçisi kriminal işlərlə əlaqədar iyulun 8-də həbs olunan “Bakı”nın sabiq hücumçusuna zamin durub.
Məlum olduğu kimi, 2008/09 mövsümündə “Bakı”nın heyətində ölkə çempionluğunu qazanan Demetradze iki şəxs - David Qaqnidze və Kaxa Misireli ilə birgə Gürcüstanın terror əleyhinə mərkəzinin əməkdaşları tərəfindən oğurluq pulları verən zamanı tutulub. Onlardan təxminən 40 min dollar müsadirə olunub. Axtarış zamanı Misirelidən üç tapança, qumbara, Qaqnidzedən odlu silah, həmçinin hər ikisindən patron daraqları götürülüb.
Kaxa keçirdiyi xüsusi brifinqdə yaxın dostu, uzun illər yığmada bir yerdə oynadığı Georgiyə görə şəxsi mülkünü girov qoymağa hazır olduğunu açıqlayıb. O, Gürcüstan polisinin şübhələndiyi Demetradzenin mafiya işləri ilə bağlı olmadığına əmin olduğunu bildirib. Kaladze Gürcüstan prezidenti Mixail Saakaşvili və patriarxına xoş niyyətlərini nümayiş etdirərək, Demetradzeyə zamin durmağı xahiş edib.
Qeyd edək ki, Georgi həbs olunana kimi vətənində Sxinvalinin “Spartak” klubunda oynayırdı.

- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0