Yığmamızın rəqibi üçün yeni forma - FOTO
24.03.2011 - 11:10
Avro-2012-nin seçmə mərhələsinin martın 29-da baş tutacaq oyununda Azərbaycan milli komandası ilə qarşılaşacaq Belçika yığmasının yeni formasının təqdimatı keçirilib. İsveçrənin məşhur “Burrda” şirkətinin hazırladığı bu geyim ev və səfər oyunları üçün fərqlidir. MARTIN 25-DƏ Avstriya ilə səfər matçında ilk dəfə istifadə olunacaq səfər forması qırmızı futbolkaların üzərindəki qara hissə diqqət çəkir. Millimizlə qarşılaşmaya təsadüf edəcək ilk ev oyununda isə həmin qara hissə sarı rənglə əvəz olunacaq. Qapıçılar üçün isə 3 müxtəlif forma hazırlanıb. Bunlar göy, qara və narıncı rənglərdədir.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0