Belçika yığması qapıçısını itirdi
24.03.2011 - 11:32
Avro-2012-nin seçmə mərhələsinin martın 29-dakı qarşılaşmasında Azərbaycan milli komandası ilə qarşılaşacaq Belçika yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, komandanın qapıçısı Silvio Proto zədələnərək yığmadan ayrılıb. Məşq zamanı uğursuz şəkildə yıxılan qolkiper bel nahiyəsində xəsarət alıb. Onun martın 25-də Avstriya ilə səfər matçında oynamayacağı artıq dəqiqdir. Baş məşqçi Jorj Leekens onun əvəzinə yığmaya “Genk”in üzvü Tibo Kurtuanı dəvət edib.
- "Beşiktaş"ın Nunyez planı gözləyir
- Messi bu il də MLS Ulduzlar oyununu buraxacaq – Cəza tətbiq olunmayacaq
- "Real" Diomande ilə razılığa gəldi – PSJ mübarizədən çəkilmir
- "Fənərbaxça"dan transfer iddialarına cavab – Klub iki xəbəri təkzib etdi
- Mourinyonun "toxunulmaz" oyunçuları – Arda Gülər də siyahıda
0
0