Qazaxıstan yığmasının futbolçusu Azərbaycana gələcəyini bilmir
14.06.2011 - 17:19
Qazaxıstan milli komandasının əsas qapıçısı David Loriya Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə səfər oyununu da buraxa bilər. Apasport.az saytının məlumatına görə, milli komandamızla iyunun 3-də Astanadakı görüşə zədə üzündən çağırılmayan “İrtış”ın kapitanının yaşıl meydana qayıtması vaxtı hələ bilinmir. Artıq Almaniya klinikalarının birində cərrahiyyə əməliyyatı olunan Davidin dönüşü bərpa prosesinin tempindən asılıdır: “Əməliyyatdan artıq 5 həftə keçib. İndi xüsusi çəkmədə gəzirəm və ayağımı heç yerə basmıram. Bu ayın sonunda yenidən Almaniyaya yollanacağam. Orada bərpa prosesim davam edəcək və həkimlər bundan sonra nə olacağına yerində qərar verəcək. Əlbəttə, hər şey bərpa tempindən asılı olacaq. Bu mövsümdə oynayacağammı? Hər şeyi zədədən necə sağalmağım göstərəcək”.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Qazaxıstan oyunu sentyabrın 6-da keçiriləcək.
- “Çelsi”yə ağır cəza: transfer qadağası və 10 milyonluq cərimə
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
0
0