Azərbaycan yığmasının futbolçusu İspaniyada problemlə üzləşdi
17.02.2012 - 12:03
Azərbaycan yığmasının futbolçusu Rizvan Umarov İspaniyada xoşagəlməz halla üzləşib. Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı çıxış etdiyi “Kastelyon” klubu ilə problem yaşayır.
Belə ki, digər rusiyalı Blundi ilə eyni mənzildə yaşayan yığmamızın futbolçusu onların məişət xərcləri üçün ayrılan məbləğdən məhrum olub. Bu məqsədlə futbolçulara ayda 250 avro ödənib. Məbləğin zaman keçdikcə artacağını bildirən klub rəhbərliyi indi vədinə əməl edə bilmir. Artıq klubun Umarovgilə borcu 1000 avronu keçib. “Kastelyon”un tərəfdarları rus futbolçuların bu problemdən bezərək, qaçacaqlarından çəkinir.

- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
- “Fənərbaxça”da daha bir qəza – Bu dəfə Aziz Yıldırım - VİDEO
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
- İsmail Kartal avtomobil qəzasına düşüb
0
0