AZAL-da oynamış futbolçu baxdı, hamı yerə oturdu – VİDEO
03.05.2012 - 16:59
Serbiya çempionatının I dəstəsində maraqlı hadisə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Radniçki” ilə “Sloqa Kralyevo” arasında XXVII turun qarşılaşmasının startı hamını şoka salıb.
Hakim oyunun başlaması üçün fit verən kimi qonaq qismində çıxış edən “Radniçki”nin bütün futbolçuları yerə oturub. Maaşlarını ala bilməmələrinə etiraz aksiyası olan bu prosedur 1 dəqiqə davam edib. Sonra ayağa qalxan futbolçular matçı davam etdiriblər.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq “Radniçki” hələ də birinci pillədəki yerini qoruyur.
Azərbaycanda oynamış çoxsaylı legionerlərdən Raşo Babiç də bu qarşılaşmanın iştirakçılarından olub. O, meydan sahiblərinin ehtiyat oyunçular skamyasından baş verənləri izləyib.
Xatırladaq ki, bu müdafiəçi vaxtilə “Olimpik”in (indiki AZAL) şərəfini qoruyub.

0
0