Rüştü Rəcbərə ABŞ klubundan təklif gəldi
19.12.2012 - 07:33
Türkiyə yığmasının sabiq qapıçısı Rüştü Rəcbər Amerika çempionatında əlcək geyinə bilər. Apaspor.az saytının məlumatına görə, 39 yaşlı qolkiper ABŞ-ın aşağı liqa təmsilçisi “Filadelfiya Yunyon”un maraq dairəsinə düşüb.
Sözügedən komanda artıq Rüştünü heyətinə qatmaq üçün ona təklif də göndərib. Lakin “Beşiktaş”dan ayrıldıqdan sonra heç bir klubla anlaşa bilməyən təcrübəli qapıçı, “Filadelfiya Yunyon”un verəcəyi məvacibin az olması ilə əlaqədar olaraq, amerikalılara rədd cavabı verib.
Qeyd edək ki, Rüştü Rəcbər 1994-cü ildən 2012-ci ilə qədər Türkiyə milli komandasının formasını geyinib. O, 120 dəfə yığmanın şərəfini qoruyub. Rəcbərin milli komanda da ən böyük nailiyyətləri, 2002-ci ildə keçirilən dünya çempionatı və 2008-ci ildə baş tutan Avropa çempionatın bürünc medalına sahib olmasıdır.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0