Ferqyuson: Gərək mən yaxşı bir şərab sifariş verəm
21.12.2012 - 05:22
Çempionlar Liqasının 1/8 final mərhələsində Madrid “Real”ı ilə qarşılaşacaq “Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqyuson maraqlı açıqla verib. Apasport.az saytının məlumatına görə, püşkatma mərasimindən sonra Britaniya mətbuatının suallarını cavablandıran şotlandiyalı mütəxəssis bu matç haqda öz fikirlərini bildirib.
Təcrübəli çalışdırıcı oyun qabağı Mourinyo üçün şərab sifariş verəcəyini vurğulayıb:
“Hər-halda “Real” - “Mançester Yunayted” matçını bu turun ən önəmli qarşılaşması deyə bilərik. Bu həm də azarkeşlərimiz üçün bir şans oldu. Çünki onlar Ronaldonu yenidən görə biləcəklər. Həmçinin mənim üçün də önəmli bir oyun olacaq. Joze ilə yenidən qarşılaşacağıq. Gərək mən yaxşı bir şərab sifariş verəm”.
“Qırmızı şeytanlar”ın müdafiəçisi Rio Ferdinand isə “Tivitter” sosial şəbəkəsindəki səhifəsində belə yazıb:
“Bəli “Real”! Madrid! Gözəl iki matç olacaq. Kriştiano, yaxın günlərdə görüşənədək qardaşım”.
Qeyd edək ki, "Real"la "Mançester Yunayted" arasında ilk görüş fevralın 13-ü keçiriləcək. Cavab qarşılaşması isə martın 5-də baş tutacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0