Millimizin futbolçusu “Real” stadionunda məşqə çıxacaq
21.12.2012 - 09:50
AZərbaycan milli komandasının futbolçusu Elhad Nəzirinin çıxış etdiyi Moldovanın “Milsami” klubunun qış fasiləsində hazırlıq planlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının XX turundan dərhal sonra başlayan istirahət gələn ilin yanvarın 14-də bitəcək. Məhz vaxt futbolçular və məşqçilər bir araya gələrək, Kişinyovda “Real-Sukçes” stadionunda ilk məşqinə çıxacaq.
Nəzirinin komandası Moldovada 12 gün hazırlıq keçərək, bundan sonra Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına yollanacaq. “Milsami”dən mövsümün ilk hissəsindən sonra heç bir futbolçudan getmədiyi bildirilir.
Qeyd edək ki, çempionatın son oyunlarında meydana çıxmayan Elhad zədəsini bərpa etdikdən klubunun düşərgəsinə yollanacaq.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0