Mövsümdə 7-ci, “Rəvan”da 3-cü
21.12.2012 - 11:45
“Rəvan”ın baş məşqçisi Kemal Alispahiç Topaz Premyer Liqasının cari mövsümündə istefası reallaşan 7-ci çalışdırıcı olub. Apasport.az saytının məlumatına görə, bunadək 2 yerli və 4 əcnəbi postundan qovulub.
Türkiyəlilər Cevat Gülərlə (“Rəvan”) Fatih Kavlak (“Qəbələ”), habelə yerli mütəxəssislər - Fuad İsmayılovla (“Kəpəz”) Əsgər Abdullayev (“Turan”), Bəhmən Həsənov (“Rəvan”) mövsümün əvvəlki turlarında postundan kənarlaşdırılmışdı.
Maraqlıdır ki, 7 istefadan 3-ü “Rəvan”da gerçəkləşib. 18 tura 3 baş məşqçi dəyişən paytaxt klubu Gülərlə Həsənovun ardından Alispahiçlə də vidalaşdı.
Qeyd edək ki, bosniya və herseqovinalı məşqçi əvvəllər digər Azərbaycan klubu “Muğan”dan da qovulmuşdu.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0