Gürcüstan da MDB çempionatından imtina etdi
22.12.2012 - 13:23
Rusiyalıların MDB ölkələrinin vahid çempionatını təşkil etmək istəyi baş tutmamağa doğru gedir. Apasport.az saytının məlumatına görə, Gürcüstan da bu yarışda təmsil olunmayacağını bəyan edib. Bu ölkənin futbol federasiyasının prezidenti Zviad Siçinava MDB çempionatının onların planlarına uyğun olmadığını açıqlayıb: “Biz öz çempionatımızı gücləndirməyi düşünürük. Futbolumuzun inkişafına çempionatımızı təkmilləşdirməklə nail olacağıq. Öz milli çempionatımızdan imtina etmək fikrimiz yoxdur”.
Qeyd edək ki, Azərbaycan da MDB çempionatından imtina edib.
Qeyd edək ki, Azərbaycan da MDB çempionatından imtina edib.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0