“Bakı”nın qapıçısının durumu ciddidir
23.12.2012 - 01:08
Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Şəfa" stadionunda keçirilən "İnter" - "Bakı" oyununda “zolaqlıların” zədələnən qapıçısı Edin Nuredinoskinin zədəsi ciddidir. Apasport.az-ın klubun saytına istinad məlumatına görə, oyunun 55-ci dəqiqəsində "İnter"in hücumçusu Samir Zərgərovla toqquşaraq başından zərbə alan qolkiper, bir müddət hüşünü itirib. Daha sonra o, təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb.
Mərkəzi gömrük klinikasına müşayət edən “Bakı”nın həkimi Rafiq Hüseynov bununla bağlı açıqlama verib.
O, makedoniyalı qapıçının güclü zərbədən sonra yaddaşının itirdiyini bildirib:
“Tomoqrafiya çəkilişinin analizi həyat üçün təhlükə olmadığını göstərsə də, vəziyyət ciddiliyini qoruyur. İkinci dəfə müayinə olunan qapıçımızın durumunun ağır olduğu bir daha təsdiqini tapdı. Həkimlərin yekdil rəyinə əsasən, Nuredinoski ən azı 2 gün ciddi nəzarətdə olacaq. Onun xəstəxananı nə zaman tərk edəcəyi də, 2 gündən sonra məlum olacaq”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0