Anatoli Konkov AFFA ilə eyni mövqedə
23.12.2012 - 15:09
Bakının “İnter” klubunun ukraynalı sabiq baş məşqçisi Anatoli Konkov MDB çempionatının keçirilməsi ideyasına qarşı çıxıb. Apasport.az saytının məlumatına görə, Ukaryna Futbol Federasiyasının prezidenti olan 63 yaşlı bu mütəxəssis bu turnirin keçirilməyini mənasız sayır.
Onun sözlərinə görə, postsovet məkanında çempionatlar öz axarı ilə davam etməlidir: “Mənə bu haqda utandırıcı olardı ki, biz potensialımızı gücləndirmək üçün hansısa çempionatları uydura bilərik. Biz öz çempionatımızı keçiririk. UEFA-nın müxtəlif turnirlərinə göndərdiyimiz komandalar orada layiqincə özlərini təmsil edirlər. Bugünkü anda mən yenə nəyisə hansısa formada dəyişdirməyi lüzum görmürəm. Hələ ki seçdiyimiz bu istiqamətdə hərəkət edirik”.
Qeyd edək ki, AFFA da MDB çempionatının keçirilməyi ideyasını dəstəkləmir.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0