Edin Nuredinoski: Aldığım zərbə çox qorxulu idi
25.12.2012 - 13:22
“İnter”lə oyunda aldığım ağır zərbədən sonra artıq özümü əla hiss edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın makedoniyalı futbolçusu Edin Nuredinoski deyib.
Topaz Premyer Liqasının XVIII turunun “İnter”lə qarşılaşmasında Samir Zərgərovla toqquşaraq zədələnən və bu üzdən xəstəxanaya çatdırılan qapıçı Makedoniya mətbuatına açıqlama verib.
Edin problemin artıq arxada qaldığını bildirib: “Əslində, xəstəxanaya çatdırıldıqdan az sonra da özümü yaxşı hiss edirdim. Orada 24 saat qalmağıma da ehtiyac yox idi. Amma qaydaya uyğun məni 1 sutka xəstəxanada saxladılar. Orada yubanmasaydım evimə - Makedoniyaya, ailəmin yanına daha tez dönərdim. Aldığım zərbəyə gəlincə, bu çox qorxulu idi. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. Bu vəziyyətimdə mənə dəstək olanların da hamısına təşəkkür edirəm”.

- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0