Balotellinin qardaşı həbs edildi
26.12.2012 - 04:18
"Mançester Siti"nin futbolçusu Mario Balotellinin qardaşı Enoç Bavuah iki polis əməkdaşını döydüyü üçün İtaliyada həbs edilib. Apasport.az saytının məlumatına görə, Breşiya şəhərində barların birində bacısı Abigaillə birgə içkili halda olan Bavuah polis məmurlarına hücum edib.
Polislərin İtaliya mətbuatına verdiyi məlumatda bildirilir ki, Balotellinin qardaşı şəhərdə ayaqyalın və köynəksiz vəziyyətdə gəzirmiş. Daha sonra onlar bir-birinə yumruq və təpik vururmuşlar. Polislərin onlara yaxınlaşmasında isə Bavuah özündən çıxıb.
Qeyd edək ki, 20 yaşlı Enoç Bavuahda qardaşı kimi futbolçudur. O, “Salford Siti”də çıxış edir. Bavuah bu klubla müqavilə bağlamamışdan öncə isə “Sanderlend” və “Stok Siti”nin heyətində baxışda olub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0