Falkao Premyer Liqada çıxış edə bilər
26.12.2012 - 20:53
“Çelsi” “Atletiko”nun hücumçusu Radamel Falkaonu transfer etməyi planlaşdırır. Apasport.az saytının “Daily Star”a istinad məlumatına görə, “zadəganlar” kolumbiyalı forvardı Londona gətirməyə iddialıdır.
“Çelsi” rəhbərliyi 26 yaşlı forvardı həyətinə qatmaq üçün İspaniya təmsilçisinə təxminən 60 milyon avro təklif etməyə hazırlaşır. Əgər Madrid klubu bu məbləğlə razılaşarsa, onda Falkao yanvar ayından etibarən “Çelsi”nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Radamel Falkao bu mövsüm “Atletiko”da 20 qola imza atıb. Bunlardan 16-nı hücumçu İspaniya La Liqasında vurub.

- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0